Ermənistan bankları Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırdı
Bu gündən Ermənistanda "Armenian Card" (ArCa) ödəniş sisteminin iştirakçısı olan bankların əksəriyyəti Rusiyanın "Mir" kartlarına xidmət göstərməyi dayandırıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə sistemin çağrı mərkəzindən TASS agentliyinə məlumat veriblər.
"Bu gündən sistemimizlə çalışan banklar "Mir" kartlarına xidmət göstərməyi dayandırıb. Zərurət olarsa, kartınızı qəbul etməyi dayandırmış konkret banklara müraciət edə bilərsiniz", - "ArCa" çağrı mərkəzindən deyiblər.
Xatırladaq ki, bu yaxınlarda Rusiya KİV Ermənistanda bankların əksəriyyəti martın 30-dan Rusiyanın "Mir" ödəniş sisteminin kartlarını qəbulunu dayandıracağı barədə məlumat yaymışdı.