"Ermənistan bunda maraqlı olduğunu göstərməlidir"
Ermənistan Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu göstərməlidir.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə "POLITICO"ya müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Gündəmimiz yalnız ikitərəfli əlaqələr çərçivəsində nəqliyyat əlaqələrinin və kommunikasiyanın qurulmasından ibarət idi. Layihə bizim üçün cəlbediciliyini itirib - əvəzində biz bunu İranla edə bilərik. Bu məsələ hələ də masa üzərindədir, lakin Ermənistan tərəfi bu prosesdə maraqlı olduğunu göstərməlidir", - o deyib.