Ermənistan kanalı Əskipara ilə bağlı filmi sildi
Əskipara kəndi ilə bağlı film Ermənistanın birinci kanalının saytından silinib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə kanalın keçmiş jurnalisti Marianna Paytyan sosial şəbəkə hesabında məlumat yayıb.
Erməni jurnalist ki, "Sərhəddə həyat" adlı sənədli film seriyası ümumilikdə saytdan silinib.
"Kanalın saytında Voskeparla bağlı bölümü axtarırdım. Məlum oldu ki, sərhəddəki yaşamla bağlı çəkdiyimiz bütün seriyalar saytdan silinib. Lakin məndə arxivlərdə qalıb.