Ermənistan MN aksiyadakı hərbi formalı şəxslərin kimliyini araşdırır

Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi Tavuş vilayətinin Xeyrımlı (Kirants) kəndində aksiya iştirakçılarına qoşulan bir qrup hərbi formalı şəxsin kimliyini araşdırır.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb. 

Məlumatda bildirilir ki, Silahlı Qüvvələrin siyasi proseslərə cəlb edilməsi cəhdlərinə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrin erməni seqmentində Xeyrımlıda keçirilən aksiyaya müqavilə əsasında xidmət edən hərbçilərin qoşulduğu barədə məlumat yayılıb.