Ermənistan MN bu məlumatı təkzib etdi - YENİLƏNİB
Ermənistan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyətinin İrəvana səfəri barədə məlumata sahib deyil.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan erməni KİV-lərinə bildirib.
Onun sözlərinə görə, belə bir görüş planlaşdırılmır.
Qeyd edək ki, rus mediası Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün İrəvana səfər edəcəyi barədə məlumat yayıb.
------ 13:21 Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün İrəvana səfər edəcək.
meqale.com Trend-ə istinadən xəbər verir ki, səfər rus sülhməramlı kontingentinin Qarabağdan çıxışını müzakirə etmək məqsədi daşıyır.
Qeyd edək ki, Rusiya MN rəhbərliyi Qarabağdan çıxarılacaq sülhməramlı heyətin Gümrüdə yerləşən hərbi bazaya yerləşdirmək üçün Ermənistan tərəfi ilə danışıqlar aparır.