Ermənistana ayrılan 20 milyon hara gedəcək? - VİDEO
Deyəsən, Fransa yoxsulluğu tam aradan qaldırıb, həmkarlar təşkilatları fasiləsiz etiraz aksiyaları keçirmirlər, "sarı jiletlilər" pulda üzür, cinayət ancaq kinoda qalıb, fransalılar bəxtəvər və şad-xürrəmdir.
meqale.com xəbər verir ki, Fransa Senatının Maliyyə Komitəsinin sədr müavini Emmanuel Kapus tribunadan çıxış edərək, Parisin ilin sonuna kimi qarşısına qoyduğu məqsədlərdən danışır - o cümlədən Ukraynaya dəstək, hərbi büdcənin artırılması və diqqət - "Ermənistandakı qaçqınlar üçün" 20 milyon avro ayrılır.
Bəs yaxşı, Fransa indiyədək azərbaycanlı qaçqınlara və məcburi köçkünlərə yardımlar məqsədilə Bakıya nə qədər pul ayırmışdı? Cavab sadədir - əsla, heç zaman.
Daha maraqlısı budur ki, Paşinyana ayrılan bu 20 milyon əslində hara gedəcək? Əgər minlərlə qarabağlı erməni Ermənistanı tərk edərək Rusiya Federasiyasına və Avropaya gedirsə, orada hansı "qaçqınlar" var?