Ermənistanda 1,6 milyardlıq oğurluq
Ermənistan banklarından birinin plastik kartlara xidmət şöbəsinin mütəxəssisi və inkasator şirkətinin əməkdaşı bankomatları yükləyib boşaldarkən 1,6 milyard dram (dörd milyon dollardan çox) oğurlayıblar.
meqale.com oxuya istinadən bildirir ki, bankın əməkdaşı G.G. və "Ermənistanın İnkassator Xidməti" QSC-nin inkassatoru 160-a yaxın oğurluq edib.
Sözügedən iki şəxs və onların əlaltıları ilə bağlı iş ittiham aktı ilə birlikdə məhkəməyə təqdim edilib.
O cümlədən, işin materiallarına görə, cinayət sxeminə digər inkassatorlar və bank işçiləri də cəlb olunub. Oğurluq 2021-ci ilin aprel ayından noyabr ayına qədər 1000-20 min dram (təxminən 2,5 dollardan 50 dollara qədər) olan əskinasları oğurlayan üç inkassator tərəfindən törədilib.
Belə ki, 35 milyon 260 min dramın (təxminən 90 min dollar) oğurlanmasında onların ortağı bankın mühafizə xidmətinin yüksək vəzifəli əməkdaşı, daha 26 milyon 20 min (təxminən 67 min dollar) oğurlanmasında isə bankın filiallarından birinin əməliyyat şöbəsinin baş mühasibi olub. Daha sonra yuxarıda adı çəkilən G.G.-nin qardaşı daşınar əmlaka yiyələnib və dostunun köməyi ilə onu dəyişdirərək pulları yuyub.