“Ermənistanda beynəlxalq standartlara cavab verən bir dənə də olsun..."

Ermənistanda dünya standartlarına uyğun ali məktəb yoxdur.

“Ermənistanda beynəlxalq standartlara cavab verən bir dənə də olsun...
Ermənistanda dünya standartlarına uyğun ali məktəb yoxdur.

meqale.com APA-ya istinadən bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında çıxışı zamanı deyib.

Baş nazir Ermənistan ali təhsil müəssisələrində təhsilin səviyyəsini tənqid edib:

"Ermənistanda beynəlxalq standartlara cavab verən bir dənə də olsun - nə erməni, nə beynəlxalq, nə də özəl universitet var. Biz universitetlərin beynəlxalq standartlara uyğun lisenziyalaşdırılmasını və akkreditasiyasını elan etsək, bu o deməkdir ki, Ermənistanda istisnasız olaraq bütün universitetlər bağlanmalıdır".

Paşinyanın sözlərinə görə, erməni gənclər beynəlxalq meyarlara cavab verən təhsil almaq imkanından məhrumdurlar.

Ermənistan hökumətinin başçısı onu da əlavə edib ki, Ermənistanın yalnız bir neçə universiteti əcnəbi tələbələri cəlb edir.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun