Ermənistanda bu radionun efiri dayandırıldı

Ermənistanda "Sputnik Ermənistan" radiosu bir ay müddətinə efirdən məhrum edilib.

Ermənistanda bu radionun efiri dayandırıldı
Ermənistanda "Sputnik Ermənistan" radiosu bir ay müddətinə efirdən məhrum edilib.

meqale.com APA-ya istinadən bildirir ki, radionun retranslyatoru olan "Tospa" radiostansiyasının lisenziyası 30 gün müddətinə Televiziya və Radio Komissiyası tərəfindən ləğv olunub.

Komissiya digər qərarında "Sputnik Ermənistan" radiosunu 500 min dram (təxminən 1200 dollar) məbləğində cərimələyib.

Yayımın 30 günlük dayandırılması qərarı "Tiqran Keosayanla cümə" proqramı ilə bağlıdır. Komissiya bu proqramda müəllifin "mənəvi haqqı" olmadan, ölkənin və xalqın şərəf və ləyaqətini alçaldan ironik bəyanatlar verdiyi"ni bildirib.