Ermənistanda daha bir deputat barəsində ittiham qaldırıldı

Ermənistan parlamentinin "Hayastan" fraksiyasının katibi Artsvik Minasyana ittiham irəli sürülüb. 

Ermənistanda daha bir deputat barəsində ittiham qaldırıldı
Ermənistan parlamentinin "Hayastan" fraksiyasının katibi Artsvik Minasyana ittiham irəli sürülüb. 

meqale.com xəbər verir ki, bu barədə o, İstintaq Komitəsinin binasını tərk etdikdən sonra jurnalistlərə verdiyi açıqlamada məlumat verib.

Deputat cinayət işini siyasi təqibin klassik nümunəsi adlandırıb. O, beynəlxalq məhkəmələrdə iddialar qaldırmaq niyyətindədir.

"Mən artıq Milli Məclisdə bildirmişəm ki, bu, hüquqi əsası olmayan siyasi təqibin klassik nümunəsidir. Biz bu məsələ ilə bağlı beynəlxalq məhkəməyə müraciət edəcəyik", - deyə o qeyd edib.

Siyasətçi əlavə edib ki, barəsində qabaqlayıcı tədbir kimi ölkəni tərk etməmək barədə yazılı öhdəlik seçilib.