Ermənistanda kilsədə partlayış: Keşiş yaralandı
Ermənistanın Geqarkunik rayonunun Martuni şəhərində yerləşən Müqəddəs Məryəm ana kilsəsində, ziyarətçilərin qəbul edildiyi otaqda partlayış baş verib.
meqale.com oxuya istinadən xəbər verir ki, partlayış dalğası tikilinin giriş qapısını dağıdıb və pəncərələri sındırıb. Hadisə zamanı kilsənin keşişi Akop Barseqyan xəsarət alıb.
Partlayışın səbəbi hələ ki müəyyən edilməyib.