Ermənistanda kütləvi itaətsizlik aksiyaları başladı - VİDEO
Ermənistanda keşiş Baqrat Qalstyanın çağırışı ilə baş nazir Nikol Paşinyanın siyasətinə etiraz edən əhali kütləvi itaətsizlik aksiyasına başlayıb.
meqale.com APA-ya istinadən bildirir ki, küçələrə çıxan əhali əsas yolları bağlayıb.
Paytaxtda yerləşən "Qələbə" körpüsü, "Azatutyan" prospekti, eləcə də Tbilisi şossesində də hərəkət dayanıb. Polisin yolu açmaq cəhdləri uğursuzluqla nəticələnib. Polis bu tələbə məhəl qoymayan etirazçıları saxlamağa başlayıb.
Eçmiədzində bu səbəbdən saxlanılan 6 nəfərin üzərindən silah-sursat aşkar edilib.