Ermənistanda məhkəmə Sarqsyan barədə qərar verdi
Ermənistanın Antikorrupsiya Məhkəməsi keçmiş prezident Serj Sarqsyan barəsində ölkədən çıxış qadağasını ləğv edib.
meqale.com oxuya istinadən xəbər verir ki, məhkəmə eyni zamanda qətimkan tədbirini - 30 milyon dram (təxminən 75 min dollar - red.) həcmində girovu dəyişməz olaraq saxlayıb.
Xatırladaq ki, prokuror sentyabrın 2-də müdafiə naziri işlədiyi dövr ərzində torpaq sahələrin mənimsənilməsi işi çərçivəsində keçmiş prezidentdən təxminən 4 milyard dram (təxminən 10.4 milyon dollar - red.)) məbləğində pul alınmasını tələb etmişdi.