Ermənistanda növbəti atışma: başçı və oğlu güllələndi

Ermənistanın Araqatsotn rayonunun Tlik kəndində atışma hadisəsi baş verib.

Ermənistanda növbəti atışma: başçı və oğlu güllələndi
Ermənistanın Araqatsotn rayonunun Tlik kəndində atışma hadisəsi baş verib.

meqale.com axar.az-a istinadən xəbər verir ki, kəndin başçısı Slavik Saloyan və oğlu Manvel Saloyan atışma nəticəsində yaralanıb.

Bildirilir ki, insident zamanı məmurun yaşlı anası da yıxılaraq xəsarət alıb.

Hüquq-mühafizə orqanları atəş açanı axtarır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.