"Ermənistanda qanun yoxdur, Paşinyan var" - Erməni deputat
Ermənistanda qanun yoxdur, Nikol Paşinyan var.
meqale.com Unikal-a istinadən xəbər verir ki, bunu erməni deputat Qeqam Manukyan Baqrataşendə baş verən insidenti şərh edərkən deyib.
"Ermənistanda elə bir vəziyyət yaranıb ki, jurnalistlər informasiya azadlığı haqqında qanunu, deputatlar reqlamentini, vətəndaşlar da bir sıra qanunları unutmalıdırlar, çünki Ermənistanda qanun yoxdur, Nikol Paşinyan var".