Ermənistanda seçki: Namizəd oğurlandı

Ermənistanda mülki geyimli naməlum şəxslər "Bizim şəhər" seçki blokundan Gümrü Ağsaqqallar Şurasının üzvlüyünə namizəd Anait Xalatyanı qaçırıblar.

Ermənistanda seçki: Namizəd oğurlandı
Ermənistanda mülki geyimli naməlum şəxslər "Bizim şəhər" seçki blokundan Gümrü Ağsaqqallar Şurasının üzvlüyünə namizəd Anait Xalatyanı qaçırıblar.

meqale.com Report-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə "Bizim şəhər" blokundan Gümrü merliyinə namizəd, Ermənistan Milli Assambleyasının ("Şərəf duyuram" fraksiyası) deputatı Martun Qriqoryan bildirib.

Bundan əvvəl blok Xalatyanı mülki geyimli naməlum şəxslərin qaçırdığını bəyan edib. Hadisə ilə bağlı seçki bloku hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb.

"Bu hərəkətlər bizə qarşı yönəlib. Bəzi seçki məntəqələrində 8 nömrəli (blokun təyin olunduğu) zərflərin olmaması barədə də məlumat alırıq", - Qriqoryan bildirib.

O, seçki komissiyasının üzvlərini buna daha ciddi nəzarət etməyə və seçkilərdə iştirak edən bütün siyasi qüvvələrin əks olunduğu zərflərin məntəqələrdə olmasını təmin etməyə çağırıb.