Rusiya Con Kirbinin "gizli danışıqlar" açıqlamasını təkzib etdi
ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin bir qrup keçmiş ABŞ rəsmisi ilə Moskvanın qeyri-rəsmi əlaqə kanalı yaratmağa, danışıqlar aparmağa çalışdığı ilə bağlı açıqlaması barədə məlumat vermişdik.
meqale.com Trend-ə istinadən xəbər verir ki, Rusiya XİN-dən Kirbinin iddiasına reaksiya gecikməyib.
Rusiya XİN sözçüsü Mariya Zaxarova teleqram kanalında Lavrovun amerikalı məmurlarla gizli danışıqlara getdiyi barədə yayılan məlumatları feyk adlandırıb.