Ermənistanda silahlı atışma: bir polis öldü, digəri yaralandı - YENİLƏNİB
09:32 Ermənistanın Armavir vilayətinin Nalbandyan kəndində atəş açaraq polis kapitanını öldürüb, polis leytenantını yaralayan şəxs artıq saxlanılıb.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Ətraflı Nalbandyan kənd sakini 41 yaşlı Manuk Marqaryan kənd ərazisində aşkarlanıb. Onun üzərindən qanunsuz saxladığı avtomat da götürülüb.
--------------- 2024.09.07 Ermənistanın Armavir vilayətinin Nalbəndyan kəndində silahlı insident olub.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, polis əməkdaşlarına kənd sakinlərindən birinin silah gizlətməsi barədə məlumat daxil olub. Hüquq-mühafizə orqanının əməkdaşları şübhəlinin yanına gəliblər və o, avtomat silahdan onlara atəş açıb. Nəticədə iki polis əməkdaşı yaralanıb. Yaralılardan biri xəstəxanada ölüb.