Ermənistanda yeni nazir təyin olundu
Gevork Papoyan Ermənistanın yeni iqtisadiyyat naziri təyin olunub.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Bildirilib ki, müvafiq sərəncam Ermənistan prezidenti Vaaqn Xaçatryan tərəfindən imzalanıb.
Qeyd edək ki, Papoyan iqtisadiyyat naziri vəzifəsinə keçmək üçün deputat mandatından imtina edib.