Ermənistandakı Rusiya hərbçiləri təlim keçirib

Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin Ermənistandakı hərbi bazasının radiasiya, kimyəvi və bioloji hücumdan müdafiə bölməsinin hərbi qulluqçuları təlim-məşq toplantısı keçirib.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Təlim-məşq toplantısı çərçivəsində yüksək dağlıq ərazilərdəki poliqonda kəşfiyyat və ərazidəki vəziyyətin monitorinqi tapşırıqlarını yerinə yetiriblər.

Poliqonda şərti çirklənmiş ərazilər lokallaşdırılıb, hərbçilər tərəfindən dezinfeksiya işləri aparılıb, şərti zərərçəkənlərə tibbi yardım göstərilib.