“Ermənistanı Azərbaycanla yekun razılığa çağırdıq”
"Bu görüş Ermənistanda aparılan islahatlara həsr olunub. Lakin biz, İrəvanı sülh yoluna davam etməyə və Azərbaycanla yekun razılığa gəlməyə də çağırdıq".
meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn Brüsseldə ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşünün nəticələri barədə danışarkən deyib.
"Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması regional təhlükəsizliyi təmin etmək üçün ən yaxşı seçimdir. Əsas da bu, Aralıq dənizi regionundan Mərkəzi Asiyaya yeni ticarət yolları açacmağa fürsət yaradacaq".