Ermənistanın bu ölkədəki səfiri geri çağırıldı

Ermənistanın Livandakı səfiri Vaan Atabekyan vəzifəsindən geri çağırılıb.

Ermənistanın bu ölkədəki səfiri geri çağırıldı
Ermənistanın Livandakı səfiri Vaan Atabekyan vəzifəsindən geri çağırılıb.

meqale.com xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Bildirilib ki, Ermənistan Prezidenti Vaan Xaçatryan müvafiq sərəncamı Baş nazirin təqdimatı əsasında imzalayıb.

Vaan Atabekyan 2018-ci ilin noyabr ayından etibarən Ermənistanın Livandakı səfiri vəzifəsini icra edirdi.

Xatırladaq ki, Ermənistan və Livan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 1994-cü ildən etibarən isə Beyrutda Ermənistanın səfirliyi fəaliyyət göstərir.