Ermənistanın keçmiş müdafiə naziri də sorğu-sual olunacaq
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan İkinci Qarabağ müharibəsi ilə bağlı araşdırma aparan parlament komissiyasında dindiriləcək.
meqale.com Trend-ə istinadən bildirir ki, eyni zamanda, Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməni separatçı-terrorçu rejiminin tör-töküntülərinin rəhbəri Araik Arutunyan, 44 günlük müharibə dövründə separatçıların "müdafiə naziri" olmuş Cəlal Arutyunyan da komissiyaya çağrılacaq.
Qeyd edək ki, Ermənistanın baş nazir Nikol Paşinyan iyunun 20-də komissiyada dindirilib.