Alimlər beyni gücləndirməyin pulsuz üsulunu tapdılar

Tədqiqatçılar neyron sistemini dərmansız bərpa etməyin yolunu açıqlayıblar.

Alimlər beyni gücləndirməyin pulsuz üsulunu tapdılar
Tədqiqatçılar neyron sistemini dərmansız bərpa etməyin yolunu açıqlayıblar.

meqale.com xəbər verir ki, Çjençjan Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, quşların cəh-cəhini dinləmək depressiya və kədər hissini azaltmaqda demək olar ki, meditasiya ilə eyni dərəcədə təsirli olur.

Bu nəticələr Applied Psychology: Health and Well-Being jurnalında dərc olunub.

Tədqiqatda 187 tələbə iştirak edib, onlardan bəzilərində depressiya əlamətləri müşahidə olunub. Tədqiqat zamanı iştirakçılara əvvəlcə kədərli film fraqmentləri göstərilib, sonra isə ya quşların cəh-cəh səsini dinləmələri, ya da qısa meditasiya seansından keçmələri təklif olunub. Hər iki üsul kədər hissini azaltdığı kimi, sakitlik duyğusunu da bərpa edib. Lakin depressiv simptomları olanlarda quşların cəh-cəh səsi daha güclü fizioloji effekt göstərib.

Eksperiment göstərib ki, bu iştirakçılarda ürək ritminin dəyişkənliyi daha tez bərpa olunur ki, bu da orqanizmin stressə adaptasiya qabiliyyətini əks etdirir. Mütəxəssislər bildirir ki, quşların səsini dinləmək diqqət və məşq tələb etmədiyi üçün meditasiya ilə müqayisədə daha yumşaq və spontandır. Bu xüsusiyyət onu xüsusilə diqqət çatışmazlığı və emosional tonusun zəifləməsi olan insanlar üçün faydalı edir.