Ermənistanın Milli Qəhrəmanı Qarabağın erməni sakinini yaraladı

Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan saxlanılıb.

Ermənistanın Milli Qəhrəmanı Qarabağın erməni sakinini yaraladı
Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan saxlanılıb.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə ArmLur.am portalı məlumat yayıb.

Onun İrəvandakı otellərdən birində gizləndiyi bildirilib.

Bundan əvvəl, mətbuatda Xaçatryanın sərxoş halda münaqişə zamanı restoranda atəş açması, tədbirin qonaqlarından birini yaralaması barədə məlumatlar yayılıb.

Zərərçəkmiş şəxsin Qarabağın erməni sakini olan Hrayr Mnatsakanyan olduğu bildirilir. O, tibb müəssisəsinə müalicəyə aparılıb.