Ermənistanla sülh müqaviləsi nə zaman imzalanacaq? - Moskva açıqladı
Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanımaq qərarından sonra Rusiya hakimiyyəti bölgədəki sülhməramlılarla bağlı məsələləri Bakı ilə həll edir.
meqale.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "RİA Novosti"yə müsahibəsində danışıb.
Rusiya sülhməramlı kontingenti 2020-ci il noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin danışıqlarından sonra Qarabağa yerləşdirilib. Qaluzin xatırladıb ki, o zaman bağlanmış müqaviləyə əsasən, Rusiya sülhməramlıları regionda 5 il - 2025-ci ilin noyabrına qədər qalacaq və onların qalma müddəti uzadıla bilər.
"Əlbəttə, Ermənistan rəhbərliyinin Qarabağı Azərbaycan ərazisi kimi tanımaq qərarından sonra vəziyyət kəskin şəkildə dəyişdi. İndi biz Qarabağda sülhməramlıların olması ilə bağlı bütün məsələləri sırf Azərbaycan tərəfi ilə birlikdə nəzərdən keçiririk. Bu, qarşılıqlı hörmət və konstruktiv şəraitdə baş verir", deyə nazir müavini bildirib.