Euronews: "Təyyarənin ekipajı qəhrəmandır"
Kapitan İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov və baş göyərtə bələdçisi Hökümə Əliyeva təcili eniş zamanı həlak olublar. Ekspertlər vurğulayırlar ki, sərnişinlərin həyatının xilas edilməsində onların rolu danılmazdır.
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə "Euronews" yazıb.
Qeyd olunur ki, Aktauda qəzaya uğrayan "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-8243 saylı reysinin son dəqiqələrinin təfərrüatı ortaya çıxdıqda, daha çox ekspert təyyarənin ekipajını qəhrəman adlandırırlar. Onların fikrincə, sona qədər sərnişinləri xilas etmək üçün əlindən gələni edən pilotların və bələdçilərinin rolu danılmazdır.
"AZAL-ın məlumatına görə, İqor Kşnyakin 15 min saatdan çox uçuş təcrübəsinə malik olub. Mütəxəssislərin fikrincə, o, köməkçi pilot Kalyaninovla birlikdə heyrətamiz pilotluq məharəti nümayiş etdirərək, təyyarəni Xəzər dənizinin üzərindən keçirərək Aktau hava limanının uçuş-eniş zolağından cəmi 3 km aralıda təcili eniş etməyə nail olublar.