Evdə meyit aşkarlandı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Ağdaş şəhərində 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Evdə meyit aşkarlandı
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Ağdaş şəhərində 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən meqale.com-a verilən xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.