“Evdə uşaqlarımla türkcə danışmışıq, farscaya icazə verməmişəm” - VİDEO
İran prezidentliyinə əsas namizəd, Güney azərbaycanlı Məsud Pezeşkianın sosial şəbəkələrdə yayılan müsahibəsi maraqla qarşılanıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, müsahibə bir müddət əvvəl alınsa da, seçkilər ərəfəsində gündəmə gəlib.
Pezeşkian jurnalistin "Siz türksünüz yoxsa, kürd?" sualına belə cavab verib: "Mən Azərbaycanda, Məhabadda dünyaya gəlmişəm. Evdə uşaqlarıma əvvəldən fars dilində danışmağa icazə verməmişəm. Əvvəldən türk dilində danışmışıq. Qətiyyətlə demişəm, mən türkəm. Atam da türkdür, anam da. Türk olmağımla fəxr edirəm".