Evində faciəvi şəkildə öldü - FOTO
Göyçay rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, 1975-ci il təvəllüdlü Mehdiyev İlqar Ələkbər oğlu Göyçay şəhərində yaşadığı evdə dəm qazından zəhərlənərək vəfat edib.
Bildirilib ki, İ.Mehdiyev Göyçayda tanınmış ustalardan olub. Onun 2 övladı Türkiyədə ali təhsil alır.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.