Evində ölü tapılan "Oskar"lı aktyor və həyat yoldaşının ölüm səbəbi bilindi

"Oskar" mükafatı laureatı, 95 yaşlı amerikalı aktyor Cin Hekmən və həyat yoldaşı 64 yaşlı Betsi Arakavanın ölüm səbəbi məlum olub.

Evində ölü tapılan
"Oskar" mükafatı laureatı, 95 yaşlı amerikalı aktyor Cin Hekmən və həyat yoldaşı 64 yaşlı Betsi Arakavanın ölüm səbəbi məlum olub.

meqale.com xəbər verir ki, ekspertizanın nəticəsi Arakavanın hantavirusdan öldüyünü altsheymer xəstəsi olan ərinin isə bir həftə sonra ürək tutmasından öldüyünü müəyyənləşdirib.

Ehtimal ki, aktyorun xəstəliyi ona arvadının öldüyünü anlamağa imkan verməyib. Onlar ayrı-ayrı otaqlarda ölüblər.

Arakavanın fevralın 11-də, Hekmənin isə 18-də öldüyü təxmin edilir. Onlarla birlikdə itləri də ölü tapılıb.

Qeyd edək ki, hantavirus ABŞ-da yayıılmış nadir xəstəlikdir.