Əvvəl 50 qəpik idi, indi 5 manat oldu - Açıqlama
Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhmədin sosial şəbəkədə etdiyi paylaşım müzakirələrə səbəb olub.
meqale.com xəbər verir ki, o, Milli Arxiv İdarəsində qiymətin bahalaşmasından gileylənib.
Bildirib ki, Milli Arxiv İdarəsində bir fotonun skan surəti 5 manat olub:
"Yayda 50 qəpik idi. Buna etiraz edirəm. Belə şey olarmı? Bunu hansı qurum, hansı əsasla təyin edir? Bu, tədqiqatçılara "işləməyin" deməkdir".
Dövlət Tarix Arxivinin sabiq direktoru Aslan Kənan şikayətlərin əsassız olduğunu bildirib: