Əvvəl koronavirus, indi isə zəlzələ - Yaponiya bu tədbiri ləğv etdi
Yaponiya İmperator Evi Tokioda imperator Naruhito və imperator ailəsinin digər üzvlərinin iştirakı ilə yanvarın 2-də keçirilməli olduğu Yeni il tədbirlərini ləğv etmək qərarına gəlib.
meqale.com APA-ya istinadən bildirir ki, müvafiq qərar Yeni il günü ölkədə baş vermiş silsilə güclü zəlzələlərlə bağlı vəziyyət nəzərə alınaraq qəbul edilib.
Hər il yanvarın 2-də on minlərlə yapon Tokionun mərkəzində yerləşən İmperator sarayına gəlir, burada imperator və monarxın ailəsinin digər üzvləri onları Yeni il münasibətilə təbrik edir. 2022-ci ildə bu mərasim üç ildə ilk dəfə keçirilib - əvvəlki illərdə koronavirusun yayılması ilə bağlı vəziyyətə görə ləğv edilmişdi.