"F10" ilə avtoxuliqanlıq edən qadın cərimələndi

Səbail rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən xanım sürücü saxlanılıb

Səbail rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən xanım sürücü saxlanılıb

Bakı şəhər DYP İdarəsindən Mİlli.Az-a verilən məlumata görə, BMW markalı, 90-XZ-012 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə xanım sürücü 1 il sürücülük hüququndan məhrum edilməklə 750 manat məbləğində cərimə olunub.