“F10” yanaraq yararsız hala düşdü - FOTO
Səhər saatlarında Sumqayıt şəhərində avtomobil yanıb.
meqale.com xəbər verir ki, bu barədə məlumat Baku.ws-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə bu gün saat 4 radələrində Sumqayıtda, bulvar ərazisində baş verib. 10-XM-039 dövlət nömrə nişanlı "BMW F10" markalı maşın yanaraq yararsız hala düşüb.