Faciəvi şəkildə ölən müstəntiqin FOTOları
İki gün əvvəl Goranboy rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı həlak olan polis mayoru Ceyhun Axundov ilə bağlı yeni məlumatlar yayılıb.
meqale.com xəbər verir ki, C.Axundov Baş Dövlət Yol Polisi İdarəsinin müstəntiqi vəzifəsində çalışırmış.
Faciəli şəkildə həlak olan polis mayorunun fotosunu təqdim edirik:
Qeyd edək ki, hadisə rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.