Fatih Terim debütündə qələbə qazandı

Bu gün "Panatinaikos" Fatih Terimin baş məşqçiliyi altında ilk oyununa çıxıb.

Fatih Terim debütündə qələbə qazandı
Bu gün "Panatinaikos" Fatih Terimin baş məşqçiliyi altında ilk oyununa çıxıb.

meqale.com qol.az-a istinadən xəbər verir ki, komanda Yunanıstan Superliqasının 16-cı turunda autsayder "Yannina"nı qəbul edib. Görüş "Panatinaikos"un 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Bununla da Terim "Panatinaikos"da debüt oyununa çıxıb.

Qeyd edək ki, "Panatinaikos" hazırda turnir cədvəlində lider PAOK-dan 1 xal geri qalaraq 37 xalla 2-ci yeri tutur. "Yannina" isə 9 xalla sonuncu - 14-cüdür.

Xatırladaq ki, F.Terim 1 həftə əvvəl "Panatinaikos"a baş məşqçi təyin olunub.

23:00. "Panatinaikos" - "Yannina" - 2:0

Qollar: Yoannidis, 25, Vilyena, 48

Baş hakim: Panaqiotis Rafail Tsiaras

"Apostolos Nikoloidis Stadium".