Fatih Terim rəsmən Yunanıstan klubunda!
Türkiyə millisinin və "Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim bundan sonra Yunanıstan "Panatinaikos"unu çalışdıracaq
meqale.com fanat.az-a istinadən xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
Təcrübəli mütəxəssislə müqavilə sabah imzalanacaq.
Xatırladaq ki, Fatih Terim son olaraq 2017-2022-ci illərdə "Qalatasaray"ın "sükanı arxasında" olub.