Fələstini tanımaq üçün iki şərti var

İtaliya Baş naziri Corcia Meloni, BMT-nin Nyu-Yorkda keçirilən 80-ci Baş Assambleyasında çıxış edərək hökumətin parlamentə Fələstin dövlətinin tanınması ilə bağlı təklif təqdim edəcəyini açıqlayıb. Lakin o, bu addımın yalnız bütün girovların azad olunması və Hamasın Qəzzadan tamamilə kənarlaşdırılması şərti ilə atılacağını bildirib.

meqale.com xarici mətbuata istinadən xəbər verir ki, Meloni çıxışında: "Fələstinin tanınmasına qarşı deyiləm, amma prioritetlərimizi düzgün müəyyənləşdirməliyik. Beynəlxalq təzyiq İsrailə deyil, Həmasa yönəlməlidir. Çünki savaşı başlayan və girovları qaytarmaqdan imtina edən tərəf Həmasdır" - deyə bildirib.

Baş nazir həmçinin müxalifətdən də bu məsələdə dəstək gözlədiyini vurğulayıb.

Meloninin şərtli yanaşması İtaliyada müxalifətin tənqidlərinə səbəb olub. Beş Ulduz Hərəkatının lideri və keçmiş Baş nazir Cüzeppe Konte, bu addımı "ucuz bir manevr" adlandırıb.