Feliks İtaliya nəhənginə transfer olundu - FOTO

İtaliya A Seriyası təmsilçilərindən "Milan" heyətini gücləndirməyə davam edir.

Feliks İtaliya nəhənginə transfer olundu - FOTO
İtaliya A Seriyası təmsilçilərindən "Milan" heyətini gücləndirməyə davam edir.

meqale.com xəbər verir ki, komanda "Çelsi"dən Joao Feliksi heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu mövsümün sonuna kimi İtaliya təmsilçisinin şərəfini qoruyacaq.

Tərəflər arasında razılaşmaya əsasən, "Milan" qarşı tərəfə 5,5 milyon avro ödəniş edəcək.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü bu mövsüm "zadəganlar"ın heyətində iştirak etdiyi 20 matçda 7 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. /Apasport.az