"Fənərbağça" daha bir ulduzunu GÖNDƏRİR

"Fənərbağça"nın ulduzu futbolçusu komandadan ayrılmağa hazırlaşır.

"Fənərbağça"nın ulduzu futbolçusu komandadan ayrılmağa hazırlaşır.

meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Osayi Samuel artıq əşyalarını İngiltərəyə göndərib. 

Futbolçu 2021-ci ildən "Bülbüllər"in formasını tərlədir. 27 yaşlı oyunçu karyerasına İngiltərədə davam edəcək.

Xatırladaq ki, Osayi 2021-ci ildə "Reyncers"dən 500 min avro qarşılığında "Fənərbağça"ya keçmişdi.

Qeyd edək ki, futbolçu bu mövsüm "sarı lacivərd"li forma ilə 37 oyunda meydana çıxıb və 8 məhsuldar ötürmə ilə yadda qalıb. 

Ümumilikdə isə onun "Fənərbağça"da 176 oyunda 7 qolu var.