"Fənərbağça" onun üçün 12 milyon avro ödəyəcək

"Fənərbağça" ötən mövsümün ikinci yarısını icarə əsasında komandada keçirmiş Milan Şkrinyarı heyətinə qatmağa çox yaxındır.

"Fənərbağça" ötən mövsümün ikinci yarısını icarə əsasında komandada keçirmiş Milan Şkrinyarı heyətinə qatmağa çox yaxındır.

meqale.com xəbər verir ki, İstanbul təmsilçisi bu keçid üçün futbolçunun məxsus olduğu klub - PSJ-yə bonuslarla birlikdə 12 milyon avro ödəyəcək.

"Fənərbağça" ilə üçillik razılaşma əldə edən 30 yaşlı müdafiəçi illik 9 milyon avro məvacib qazanacaq.