"Fənərbağça" prezidentindən Mesut Özilə 9 milyonluq jest - Görün nə hədiyyə etdi - FOTO
"Fənərbağça"nın sabiq prezidenti Əziz Yıldırım Məsut Özilə böyük jest edib.
meqale.com haberler-ə istinadla xəbər evrir ki, Yıldırımın Məsut Özilə 9 milyonluq avtomobil hədiyyə etdiyi öyrənilib.
İddialara görə, Yıldırım bu jesti Məsut Özilin həyat yoldaşı Amine Özilin iki uşağı ilə daha rahat səyahət etməsi üçün edib.
Yıldırım Özilə 9 milyon TL dəyərində elektrikli BMW i7 model avtomobil hədiyyə edib.
BMW i7 elektrikli avtomobil dünyasının prestijli modellərindən biridir.