“Fənərbağça” yenə BACARMADI - gecənin nəticələri
UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.
meqale.com xəbər verir ki, cavab oyunları çərçivəsində 4 görüş keçirilib.
"Qarabağ" Macarıstan "Ferentsvaroş"una evdə uduzsa da, mərhələ adlamağı bacarıb.
Türkiyədə qolsuz heç-heçə edən "Fənərbaxça" Portuqaliyada "Benfika" ilə qarşılaşıb. Türkiyə təmsilçisinin 16 mövsüm sonra Çempionlar Liqasının əsas mərhələsinə adlamaq arzusu yenə gerçəkləşməyib.
UEFA Çempionlar Liqası Pley-off mərhələsi, cavab oyunları 27 avqust
"Qarabağ" (Azərbaycan) - "Ferentsvaroş" (Macarıstan) 2:3 İlk oyun - 3:1
"Benfika" (Portuqaliya) - "Fənərbaxça" (Türkiyə) 1:0 İlk oyun - 0:0
"Kopenhagen" (Danimarka) - "Bazel" (İsveçrə) 2:0 İlk oyun - 1:1
"Brügge" (Belçika) - "Reyncers" (Şotlandiya) 6:0 /"Qafqazinfo"