Fernandu Santuş bu tarixdə jurnalistlərin qarşısına çıxacaq

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.

Fernandu Santuş bu tarixdə jurnalistlərin qarşısına çıxacaq
Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.

meqale.com xəbər verir ki, tədbir avqustun 29-da, saat 11:00-da AFFA-nın inzibati binasında baş tutacaq.

Mətbuat konfransında milli komandamızın DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Reykyavikdə İslandiya və sentyabrın 9-da Bakıda Ukrayna yığmaları ilə oyunlar üçün heyəti açıqlanacaq.