Fevral ayında Xankəndidə açılacaq iş yerlərinin sayı məlum oldu

Fevral ayının sonuna kimi Xankəndidə daha 40-a yaxın yeni iş yerinin açılması nəzərdə tutulub.

Fevral ayında Xankəndidə açılacaq iş yerlərinin sayı məlum oldu
Fevral ayının sonuna kimi Xankəndidə daha 40-a yaxın yeni iş yerinin açılması nəzərdə tutulub.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin 2023-cü il ərzində fəaliyyətinə və qarşıda duran vəzifələrə dair mətbuat konfransında xidmət rəsi Mətin Eynullayev deyib.

Xidmət rəisi qeyd edib ki, Xankəndində 2 yanacaq doldurma məntəqəsi - 1 mobil-operator, 1 market, 1 yükdaşıma xidməti, 1 bərbər salonu, 1 aptekin bərpa edilməsi nəzərdə tutulub.