FHN Naxçıvandakı hadisə ilə bağlı məlumat yaydı - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikası Babək rayonu ərazisində dağıntı altında 1 nəfərin qalması barədə məlumat daxil olub.
                        Bu barədə meqale.com-a Mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, Naxçıvan-Culfa magistral avtomobil yolunun yaxınlığındakı yarımtikilinin divarının bir hissəsinin uçması nəticəsində vətəndaş dağıntı altında qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində dağıntı altında qalmış 2000-ci il təvəllüdlü Vəliyev Qurban Cəfər oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
14:10
Naxçıvanda bədbəxt hadisə baş verib.
meqale.com xəbər verir ki, Babək rayonunun Nehrəm qəsəbəsində yük avtomobili hasarın ətrafına yük boşaldarkən daş hasar uçub. Uçqun nəticəsində bir nəfər altında qalaraq ölüb.
Hadisə yerinə aidiyyəti qurumlar cəlb olunub və araşdırma aparılır./APA