Fidan Hacıyevanın Barselonada solo konserti keçirildi – VİDEO - FOTO

Noyabrın 8-də Barselonanın "Sala Aquarella" Teatrında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq Artisti Fidan Hacıyevanın "Zəfərin Qəhrəmanları" adlı 44 günlük Vətən müharibəsində şanlı Qələbəyə həsr olunmuş solo konserti keçirildi.

Fidan Hacıyeva bayram axşamını Azərbaycan himninin ifası ilə açıb. Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov çıxışında Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun torpaqlarımızın təxminən otuz illik işğalına son qoyduğunu və ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb. Hal-hazırda Qarabağda fəal bərpa və tikinti prosesi gedir, sakinlərin öz doğma yurdlarına qayıtması prosesi aparılır.

Konsert proqramında Azərbaycan klassiklərinin, İspan və dünya müəlliflərinin əsərləri təqdim olunub.

"Mən dünyanın bir çox səhnələrində çıxış etmişəm, lakin Azərbaycanın Zəfər Günü münasibətilə konsert proqramı ilə çıxış etmək xüsusi şərəf və sevincli hadisə idi. Konsert proqramı dahi Üzeyir Hacıbəylinin "Sevgili canan" kompozisiyasının ifası ilə başlamış və əfsanəvi Müslüm Maqomayevin "Синяя вечность" azərbaycan, rus və ingilis dillərində başa çatmışdır. Gecədə İspan rəqs dueti də çıxış etdi.Xoş bir sürpriz də oldu. Valideynləri ilə birlikdə İspaniyada tətildə olan mənim Musiqi vokal məktəbimin şagirdi Altay Kərimlinin səhnəyə çıxması oldu. Onunla birlikdə Tofiq Quliyevin "Bakı" mahnısını ifa etdim", - deyə Fidan Hacıyeva Trend-a bildirib.

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş axşam Azərbaycanın İspaniyadakı səfirliyinin və Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun