Fidan və Xuraman Qasımovalara həsr olunmuş "Sənətin işığında" adlı konsert keçirilib – VİDEO - FOTO

Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalının beşinci günü dünya şöhrətli ifaçılar Fidan və Xuraman Qasımovalara həsr olunmuş "Sənətin işığında" adlı konsertlə yadda qalıb. Konsertdən öncə tanınmış musiqişünas,Əməkdar incəsənət xadimi, professor  Zemfira Qafarova  çıxış edərək  Fidan və Xuraman Qasımova bacılarının Azərbaycan musiqi mədəniyyətinin və vokal ifaçılıq sənətinin formalaşmasındakı xidmətlərindən, milli vokal ifaçılıq məktəbinin ənənələrini ləyaqətlə qoruyub yaşatmalarından bəhs edib. Daha sonra  Azərbaycan Respublikasının Əməkdar artistləri İnarə Babayeva və Zülfiyyə Sadıqovanın təqdimatında keçirilən konsert tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Əməkdar artist İnarə Babayeva Andrea Falconierinin "O bellisimi capelli", Vincenzo Bellininin "Vaga luna, che inargenti", Nikolay Rimskiy-Korsakovun "Пленившейся розой соловей", Sergey Raxmaninovun "Маргаритки", Franz Listin "Oh! quand je dors", Qara Qarayevin "На холмах Грузии", "Я вас любил", Cakomo Puççininin "Gianni Schicchi" operasından Laurettanın ariyası, "La Bohème" operasından Müzettanın valsı, Üzeyir Hacıbəylinin "Sənsiz" romansını, Frederick Loewenin "I could have danced all night", Tofiq Quliyevin "Əziz surət" əsərlərini, "Qoy gülüm gəlsin, ay nənə" Azərbaycan xalq mahnısını ifa edib. Sonda Xalq artisti, professor Xuraman Qasımova səhnəyə çıxaraq İnarə Babayevanı səmimi qəlbdən təbrik edərək öz təşəkkürünü bildirib. O qeyd edib ki, məhz onların sənətinə həsr olunan konsert ilk dəfədir keçirilir. Xuraman Qasımova Əməkdar artistin yaradıcılığını yüksək qiymətləndirdiyini, ona daha böyük uğurlar arzuladığını vurğulayıb..

Fidan və Xuraman Qasımovalara həsr olunmuş