FIFA prezidenti Azərbaycanı təbrik edib - VİDEO
FİFA prezidenti Canni İnfantino Azərbaycan və Özbəkistanı 2027-ci il FİFA U-20 dünya çempionatına ev sahibliyi etmələri münasibətilə təbrik edib.
meqale.com-ın məlumatına görə, bu barədə C.İnfantino "İnstagram" səhifəsində yazıb.
"FİFA Şurası Avropa və Asiyanı birləşdirəcək və idmanımızda ən parlaq gənc istedadı nümayiş etdirəcək tarixi turnir olan 2027-ci il FIFA U-20 dünya çempionatına ev sahibliyi etmək üçün Azərbaycan və Özbəkistanı seçdiyini bildirməkdən məmnunam.